32 milyon ton Ukrayna taxılı dünya bazarına çıxacağı günü gözləyir
Dünya
“Moskvanın taxıl sazişini tərk etməsi səbəbilə Ukraynaya məxsus 32 milyon ton məhsul dünya bazarına çıxarıla bilmir”.
News24.az xəbər verir ki, bunu Avrozona ölkələri xarici işlər nazirlərinin Brüssel toplantısından əvvəl Almaniyanın baş diplomatı Annalena Berbok söyləyib.
O bildirib ki, BMT-nin açıqladığı məlumatlar sazişin qüvvədə olduğu müddətdə Ukraynadan ixrac olunan buğdanın alıcıları arasında Çinin lider olduğunu göstərir. A. Berbokun sözlərinə görə, adı çəkilən ölkəyə 7 milyon 960 min ton buğda ixrac edilib.
Siyahını İspaniya, Türkiyə, İtaliya, Niderland, Portuqaliya, Belçika, Almaniya, Fransa, Rumıniya və Misir tamamlayır.
Avrozona ölkələri isə Ukraynada hasil edilən məhsulun 38 faizinin alıcısıdır.
Qeyd edək ki, sazişin aktiv olduğu dövrdə Əfqanıstan, Yəmən, Somali, Sudan və Efiopiyaya ümumi hasilat həcminin 2,3 faizi çatdırılıb. Bu isə 768,6 min ton taxıl deməkdir.
Fərid Azəri