Piyada gəzmək üçün ən əlverişli şəhərlər açıqlandı – SİYAHI

Piyada gəzmək üçün ən əlverişli şəhərlər açıqlandı – SİYAHI Dünya

Piyada gəzmək üçün ən əlverişli şəhərlərin reytinqi açıqlanıb.

News24.az xəbər verir ki, “Skyscanner” qısa müddətli səyahətlər üçün piyada gəzməyə ən əlverişli şəhərləri müəyyənləşdirib.

Reytinq hazırlanarkən hər şəhər üzrə 14 göstərici, o cümlədən əsas görməli yerlər arasındakı məsafə, piyada marşrutlarının sayı, havanın keyfiyyəti və təhlükəsizlik səviyyəsi nəzərə alınıb.

Siyahıya İspaniyanın Kordova şəhəri başçılıq edir. İlk onluqda həmçinin Yaponiyanın Naqasaki və Hiroşima şəhərləri, İtaliyanın Recco-Kalabriya və Bolzano şəhərləri, Monako, Estoniyanın Tartu, Türkiyənin Bursa, Bosniya və Herseqovinanın Sarayevo və Kanadanın Viktoriya şəhərləri yer alıb.

Araşdırmaya görə, Kordovada əsas görməli yerlər arasında piyada hərəkət etmək təxminən 26 dəqiqə çəkir. Recco-Kalabriyada isə şəhərin əsas turistik məkanlarını təxminən 25 dəqiqəyə piyada gəzmək mümkündür.

Bolzano reytinqdə ən təhlükəsiz şəhər, Tartu isə ən təmiz havaya malik şəhər kimi fərqlənib.