37-ci dəfə püskürdü, izləmək istəyənlər növbəyə düzüldü
Dünya
Havay adalarında dünyanın ən aktiv vulkanlarından olan Kilauea yenidən püskürüb.
News24.az-ın məlumatına görə, kül buludu 400 metrə qalxıb. 37-ci dəfə püskürən vulkanı izləmək üçün insanlar əraziyə axın ediblər. Təhlükəsizlik tədbirləri çərçivəsində Havay Vulkanları Milli Parkına gələnlərə əraziyə yaxınlşamamaq tövsiyə olunub. Vulkanın yaşayış məntəqələrinə təhlükə yaratmadığı açıqlanıb.
Qeyd edək ki, Kilauea dünyanın ən aktiv vulkanlarından sayılır.