4 balıqçı faciəvi şəkildə - ÖLDÜ
Dünya
Cənubi Asiya ölkəsi olan Şri-Lankada bir qrup balıqçı suda tapdıqları şüşədəki mayeni içib.
News24.az cumhuriyet.com-a istinadla xəbər verir ki, mayenin nə olduğu hələ məlum olmasa da, balıqçılardan 4-ü həyatını itirib. İki balıqçının isə vəziyyətinin ağır olduğu bildirilib.
Şri-Lanka Hərbi Dəniz Qüvvələri balıqçıların şüşə qabdakı mayenin spirt olduğunu düşünərək içdiyini bildirib.
Balıqçıların şüşələrin bir hissəsini bölgədəki digər həmkarlarına da verdiyi məlum olub.
Məryəm