49 nəfər hot-doqdan zəhərləndi
Dünya
Səmərqənddə 50-yə yaxın insan fastfuddan zəhərlənib.
News24.az xəbər verir ki, hadisə ötən gün baş verib. Küçədə satılan hot-doqdan yeyən sakinlər zəhərlənib.
Azyaşlı uşaqlar da daxil olmaqla 49 nəfər xəstəxanaya yerləşdirilib.
Hazırda 29 xəstənin vəziyyəti qənaətbəxşdir. 20 vətəndaşın müalicəsi davam edir.
Hadisədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları iaşə məntəqəsinin fəaliyyətini dayandırıb.
Qumral