"50-yə yaxın Qərb hərbi təlimatçısını öldürdük"

"50-yə yaxın Qərb hərbi təlimatçısını öldürdük" Dünya

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Qərb ölkələrindən olan 50-yə yaxın hərbi təlimatçının İsgəndər-M ballistik raketi ilə vurularaq zərərsizləşdirildiyini bildirib.

News24.az xəbər verir ki, nazirlikdən hücumla bağlı verilən açıqlamada bu ifadələr yer alıb:

"İsgəndər-M" taktiki-raket kompleksinin hərbi hissəsi Qərb ölkələrindən təlimatçıların və muzdluların yerləşdiyi Xarkov vilayətinin Dərqaçi qəsəbəsinin müvəqqəti yerləşdirilmə məntəqəsinə raket hücumu həyata keçirib. Hücum nəticəsində 50-yə yaxın xarici təlimatçı öldürüldü”.

Günel Məlikzadə