7 yaşlı qıza zorakılıq edən şəxs saxlanıldı - Rusiyada dəhşətli cinayət
Dünya
Rusiyanın Perm diyarının Kudımkar rayonunda 7 yaşlı qızın cinsi zorakılığa məruz qalması ilə bağlı cinayət işi açılıb.
News24.az xəbər verir ki, bu barədə "Parma News" məlumat yayıb.
Məlumata görə, valideynlər alış-veriş etmək üçün qonşu kəndə gedərkən üç övladını yaşlı qohumlarından birinin yanında qoyublar. Evə qayıtdıqda iki kiçik uşağın qonşularda olduğunu, 7 yaşlı qızlarının isə tövlədə çılpaq vəziyyətdə olduğunu görüblər.
Hadisədən şübhələnən ata qohumuna hücum edib, ana isə polisə müraciət edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlini tanışının evində çarpayının altında gizləndiyini görüblər.