700 min dollara uran satmaq istədi, saxlanıldı - Video
Dünya
Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) xarici ölkə vətəndaşına 700 min dollara uran satmağa cəhd etməkdə şübhəli bilinən ölkə vətəndaşını saxlayıb.
News24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İstintaq zamanı saxlanılan şəxsin əlində olan uran-238 nüvə maddəsini xarici ölkə vətəndaşına 700 min dollara satmağı planlaşdırdığı müəyyən edilib.
Əməliyyatda DTX-nin Əks-kəşfiyyat Departamentinin və Xüsusi Əməliyyatlar Departamentinin əməkdaşları iştirak edib.
Faktla bağlı nüvə maddəsinin qanunsuz dövriyyəsi maddəsi ilə araşdırma aparılır.
Bu əmələ görə 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.