9 aylıq körpə ana südündən zəhərlənib öldü

9 aylıq körpə ana südündən zəhərlənib öldü Dünya

Britaniyada 9 günlük körpə ana südündən zəhərlənərək ölüb.

News24.az xəbər verir ki, hadisə 2023-cü ilin noyabrında Nyuquey şəhərində baş verib.

Məlumata görə, 30 yaşlı ana Roşel Tomas və 29 yaşlı Endryu Monder yeni doğulmuş qızları Darşi ilə oteldə gecələyiblər.

İstirahət zamanı ana kokain qəbul edib və narkotik maddə ana südünə keçib.

Hadisə yerinə gələn həkimlər körpəni huşsuz vəziyyətdə və üzündə qan izləri ilə aşkarlayıblar. Onu xilas etmək mümkün olmayıb.

Sonradan məlum olub ki, hər iki valideyn kokain qəbul edib. Körpə də məhz ana südündən orqanizminə keçən kokain səbəbindən vəfat edib.

Ana hamiləlik dövründə və doğuşdan sonra da narkotik maddələrdən istifadə edib.

Cütlük valideynlik vəzifələrini lazımi şəkildə yerinə yetirməməkdə təqsirini etiraf edib.

Məhkəmə onların hər birini iki il müddətinə azadlıqdan məhrum edib, lakin cəzanın icrasını üç il müddətinə təxirə salıb.