99 sərnişinin olduğu təyyarədə yanğın həyəcanı

99 sərnişinin olduğu təyyarədə yanğın həyəcanı Dünya

Sankt-Peterburqdan Tbilisiyə uçan “Azimut” aviaşirkətinə məxsus təyyarə təhlükə siqnalı verib.

News24.az xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Göyərtəsində 99 sərnişin olan təyyarə 10,5 min metr yüksəklikdə olarkən “yük bölməsində yanğın” xəbərdarlığı işə düşüb.

Pilotlar beynəlxalq “Mayday” təhlükə siqnalı verib və eyni zamanda yanğınsöndürmə sistemini aktivləşdiriblər.

Qısa müddət sonra ekipaj təyyarəni Nijni Novqorod hava limanına endirib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Sonradan aparılan yoxlama zamanı isə yanğın izinə rast gəlinməyib.