Ərdoğan İlon Maskla görüşündən - DANIŞDI

Ərdoğan İlon Maskla görüşündən - DANIŞDI Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda İlon Mask ilə baş tutan görüşünün təfərrüatlarını jurnalistlərlə bölüşüb. 

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ərdoğan Maskın İzmirə gələcəyini bildirib. 

"Biz Mask ilə Tesla-nın Türkiyəyə sərmayə qoyması və kosmos tədqiqatlarında birgə addımlar atması məsələlərini müzakirə etdik. Ümid edirəm ki, bu mövzuda bir araşdırma aparacaqlar. Mən onu TEKNOFEST-ə dəvət etdim. Böyük ehtimalla İzmir TEKNOFEST-ə gələcək. Baş menecerin yanında idi və ona göstərişlər verdi. İzmirə gəlsə, gənclərimizi özünə cəlb edən bir İzmir TEKNOFEST keçiriləcək” - deyə Türkiyə prezidenti qeyd edib. 

Günəş Mərd