Rəfləri bir-bir yoxladı: "Süni qiymət artımına icazə verməyəcəm"
Dünya
İran prezidenti Məsud Pezeşkian paytaxt Tehrandakı marketləri ziyarət edərək mövcud vəziyyətlə tanış olub.
News24.az xəbər verir ki, gözlənilməz ziyarət zamanı dövlət başçısını geniş təhlükəsizlik karvanı müşayiət etməyib.
Öncədən xəbərdarlıq etmədən mağazalara daxil olan Pezeşkian supermarket rəflərini şəxsən yoxlayıb.
O, əsas qida məhsullarının ehtiyatı və qiymətləri ilə maraqlanıb, satıcılarla söhbət edərək bazardakı real vəziyyət barədə məlumat alıb.
Ziyarət zamanı marketlərdə məhsul qıtlığının yaşanmadığı müşahidə olunub.
Müharibənin iqtisadi təsirlərini yerində görmək istəyən Prezident qiymət etiketlərini tək-tək yoxlayıb. Alış-veriş edən vətəndaşlarla danışan Pezeşkian, süni qiymət artımına qarşı şəxsən nəzarət etdiyinin mesajını verib. Sakinlərin tələblərini dinləyən dövlət başçısı daxili bazarda sabitliyin qorunacağını vurğulayıb.
Regionda gərginliyin pik həddə olduğu bir vaxtda İran prezidentinin xüsusi mühafizə tədbirləri olmadan xalqın arasına çıxması dünya ictimaiyyətinin də diqqətindən yayınmayıb. (Musavat.com)