"İrana zərbə endirmələ hakimiyyəti dəyişmək mümkün deyil"
Dünya
“İrana endirilən zərbələr ölkədə hakimiyyət dəyişikliyinə səbəb olmayacaq”.
News24.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron ABC telekanalına müsahibəsində deyib.
Fransa rəhbəri vurğulayıb ki, İran heç bir halda nüvə silahına sahib olmamalıdır.
Makron Tehranda hakimiyyət dəyişikliyinə bombardmanlar yolu ilə nail olmağın real görünmədiyini bildirib.
Onun sözlərinə görə, Qərb son onilliklərdə bir neçə dəfə belə səhvə yol verib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp sentyabrın 22-də bildirib ki, Vaşinqton noyabrın əvvəlində keçiriləcək Konqresə aralıq seçkilərindən öncə Tehranla razılaşma əldə edə bilər.