Tramp Rusiya ilə gizli razılaşma hazırlayır - Ukrayna müharibəsi üçün yeni plan ortaya çıxdı
Dünya
ABŞ prezidenti Donald Tramp administrasiyası Rusiya ilə məxfi məsləhətləşmələr apararaq Ukraynada müharibənin dayandırılması üçün yeni plan hazırlayır.
News24.az xəbər verir ki, bu barədə “Axios” nəşri ABŞ və Rusiya rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata əsasən, ABŞ-nin 28 bənddən ibarət planı Trampın Qəzza ilə bağlı saziş istiqamətində əldə etdiyi irəliləyişlər əsasında formalaşdırılıb.
“Axios”un mənbələrinin bildirdiyinə görə, planın 28 bəndi dörd əsas kateqoriyaya bölünür: Ukraynada sülh, təhlükəsizlik təminatları, Avropada təhlükəsizlik və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləri.
Planın Ukraynanın şərqindəki ərazilərə nəzarət kimi ən mübahisəli məsələlərə necə yanaşdığı isə hələlik məlum deyil.
Qeyd olunur ki, həmin bölgədə Rusiya hərbçiləri yavaş irəliləsələr də, Kremlin tələb etdiyindən daha az əraziyə nəzarət edirlər.