Aİ Rusiyanı taxıl müqaviləsinin bərpasına çağırır
Dünya
“Rusiya taxıl müqaviləsini ləğv etmək qərarını təkrar nəzərdən keçirməli və mümkün qədər tez bərpa etməlidir”.
News24.az xəbər verir ki, bu barədə Aİ-nin Rusiyadakı nümayəndəliyinin bəyanatında deyilir.
“Rusiya Ukraynadan ən mühüm ixrac marşrutlarından birini təkbaşına bağlayır”, - bəyanatda deyilir.
Təşkilat əlavə edib ki, Avropa İttifaqı bütün malların, xüsusən də kənd təsərrüfatı məhsullarının Aİ və Ukraynanın Həmrəylik Dəhlizləri boyunca dünya bazarlarına vaxtında və sabit tədarükünü dəstəkləmək üçün bütün səylərini göstərəcək.
Həmçinin Vaşinqton taxıl müqaviləsinin vaxtından əvvəl uzadılmasını tələb edir. ABŞ dövlət katibi Entonu Blinken bildirib ki, dünya ölkələri müvafiq prosesi izləməlidirlər.
Arzu