ABŞ bu layihələrə yüz milyonlarla dollar ayıracaq
Dünya
ABŞ Prezident Administrasiyasının Çinin qlobal təsirinə qarşı mübarizə məqsədilə yeni layihələrə yüz milyonlarla dollar ayırmağı planlaşdırdığı iddia olunur.
News24.az xəbər verir ki, "Associated Press" agentliyinin yaydığı məlumata görə, administrasiya bu məqsədlə 50-dən çox layihəyə 340 milyon dollardan artıq vəsait ayırmağı nəzərdən keçirir.
Məlumata əsasən, layihələrdən biri Karib hövzəsi və Mərkəzi Amerikada köhnəlmiş sualtı telekommunikasiya kabellərinin yenilənməsini nəzərdə tutur. Bunun üçün 175,8 milyon dollar ayrılması planlaşdırılır.
Sənədlərdə həmçinin ABŞ Dövlət Departamentinin Afrika, Asiya və Qərb yarımkürəsində Çinin təsirinə qarşı proqramlara əlavə maliyyə ayırmağı nəzərdən keçirdiyi bildirilir.