ABŞ-də FBI direktorunun şəxsi hesabı sındırıldı - Fotoları paylaşıldı
Dünya
ABŞ-də böyük rezonans doğuran kiberqalmaqal üzə çıxıb.
News24.az xəbər verir ki, İranla əlaqələndirilən “Handala Hack Team” adlı haker qruplaşması Federal Təhqiqat Bürosunun (FBI) direktoru Kaş Patelin şəxsi elektron poçtunu sındırdığını açıqlayıb.
Məlumata görə, hakerlər Patelin şəxsi Gmail hesabına daxil olaraq oradakı fotoşəkilləri və müxtəlif sənədləri internetdə yayıblar. Sızdırılan materiallar arasında həm şəxsi görüntülərin, həm də yazışmaların yer aldığı bildirilir.
Hadisə ilə bağlı amerikalı rəsmi də faktı təsdiqləyib. Bildirilib ki, komprometasiya olunmuş məlumatların bir hissəsi real görünür və məsələ artıq araşdırma altına alınıb. Bununla belə, Federal Təhqiqat Bürosu hələlik rəsmi açıqlama verməyib.
Qeyd edək ki, “Handala” qruplaşması özünü fələstinpərəst haker şəbəkəsi kimi təqdim etsə də, Qərb ekspertləri bu qrupu İranın kiber əməliyyatları ilə əlaqələndirir. (Musavat.com)