ABŞ-də kuryoz olay: bayram şarlarını dron bildilər, əməliyyata keçdilər

ABŞ-də kuryoz olay: bayram şarlarını dron bildilər, əməliyyata keçdilər Dünya

ABŞ Hərbi Hava Qüvvələri bayram şarlarını narkokartellərin dronları hesab edib.

News24.az xəbər verir ki, bu barədə “CBSNews” məlumat yayıb.

Hərbçilər şarları Meksika kartellərinə məxsus pilotsuz uçuş aparatları olduğunu düşünərək vurublar.

Bu “əməliyyat” səbəbindən regionda hava məkanı bir neçə saatlıq bağlanıb.

Qeyd edək ki, bu, ABŞ-nin müasir tarixində ilk belə hadisədir.