ABŞ-də təyyarə qəzaya uğradı - Ölən var

ABŞ-də təyyarə qəzaya uğradı - Ölən var Dünya

ABŞ-nin Florida ştatında kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, təyyarə Tampa şəhəri yaxınlığında bir evin həyətinə düşüb.

Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Mülki Aviasiya Administrasiyasının məlumatına görə, Tampanın şimalındakı hava limanından havaya qalxan Cessna markalı təyyarə yerli vaxtla saat 08:35 radələrində naməlum səbəbdən qəzaya uğrayıb.

Qəza zamanı təyyarənin pilotu həyatını itirib. Hadisədən sonra yanğın baş verib və yaxınlıqdakı evə ziyan dəyib.

Hazırda aviaqəzanın səbəbləri araşdırılır. (CBS News)