ABŞ-də təyyarə qəzaya uğradı - Sərnişinlər axtarılır

ABŞ-də təyyarə qəzaya uğradı - Sərnişinlər axtarılır Dünya

ABŞ-də “Cessna 210” markalı kiçik mühərrikli təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, hadisə Missisipi ştatının sahillərində, Horn adası yaxınlığında baş verib.

Təyyarənin göyərtəsində ikisi uşaq olmaqla altı nəfər olub.

ABŞ Sahil Mühafizəsi qəza nəticəsində itkin düşən altı nəfərin axtarışlarını aparır.

Təyyarə Luiziana ştatının Yeni Orlean şəhərindən Florida ştatının Fort-Mayers şəhərinə uçurmuş. Uçuşdan təxminən yarım saat sonra 2,7 min metr yüksəklikdə təyyarə qəfil hündürlüyü itirməyə başlayıb.

Qəza bölgəsində xilasedicilər üç xilasedici jilet, sal və təyyarənin kabinəsinə aid qalıqlar aşkar ediblər.