Gürcüstandakı partlayışda ölənlərin sayı artdı
Dünya
Gürcüstanın Poniçala qəsəbəsində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.
News24.az xəbər verir ki, partlayışın baş verdiyi mənzilin sahibi olan 31 yaşlı İlya İsayev müalicə aldığı klinikada vəfat edib.
Məlumata görə, gənc kişi bu gün səhər saatlarında dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, noyabrın 19-da Poniçalada baş verən partlayış nəticəsində 2-si uşaq olmaqla, ümumilikdə 7 nəfər həyatını itirib. Partlayışa səbəb mənzillərindən birində baş verən qaz sızması olub.