ABŞ-da festivalda silahlı insident

ABŞ-da festivalda silahlı insident Dünya

ABŞ-nin Sietl şəhərində keçirilən qida festivalı zamanı silahlı insident baş verib.

Hadisə yerli vaxtla bazar günü saat 18:00 radələrində Sietl Mərkəzində qeydə alınıb. Hadisə zamanı əraziyə polis və təcili yardım briqadaları cəlb edilib.

İlkin məlumata görə, atışma nəticəsində iki nəfər ölüb, bir uşaq da daxil olmaqla bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sietl meri Keti Uilson polisin hadisə ilə əlaqədar iki şübhəlini saxladığını açıqlayıb. İnsidentin motivi hələlik açıqlanmayıb, araşdırmalar davam etdirilir.