ABŞ daha bir neft tankerini ələ keçirdi

ABŞ daha bir neft tankerini ələ keçirdi Dünya

ABŞ Silahlı Qüvvələrinin Cənub komandanlığı “Olina” neft tankerinin saxlanıldığını rəsmən təsdiqləyib.

News24.az xəbər verir ki, müvafiq bəyanat qurumun “X” hesabında dərc edilib və əməliyyatın gedişatını əks etdirən video ilə müşayiət olunub.

Əməliyyat zamanı “Southern Spear” (“Cənub nizəsi”) birləşmiş əməliyyat qrupunun dəniz piyadaları və dənizçiləri “USS Gerald R. Ford” aviasiya daşıyıcısından “Olina” tankerinin göyərtəsinə çıxıblar. Karib dənizində gəmi heç bir insident olmadan saxlanılıb.

Əməliyyat Trinidad adasının (Trinidad və Tobaqo Respublikası) yaxınlığında keçirilib. “Reuters” agentliyinin məlumatına görə, tanker əvvəllər Şərqi Timor bayrağı altında Venesuelaya üzüb. (Report.az)