ABŞ daha bir tankeri ələ keçirdi – Foto
Dünya
ABŞ ordusu Karib dənizində Venesuela ilə bağlı “Veronica” adlı neft tankerini ələ keçirib. Bununla da ABŞ tərəfindən saxlanılan tankerlərin sayı 6-ya çatıb.
News24.az xəbər verir ki, ABŞ daxili təhlükəsizlik katibi Kristi Noemin sosial mediada yazdığı açıqlamaya görə, tanker əvvəllər Venesuela sularından keçdiyi üçün tətbiq edilən karantin qaydalarını pozub və bundan sonra ABŞ Sahil Təhlükəsizliyi Qüvvələri tərəfindən nəzarət altına alınıb.
Rəsmi açıqlamada əməliyyatın beynəlxalq hüquqa uyğun həyata keçirildiyi vurğulanıb.
ABŞ hakimiyyəti bu addımı sanksiyaların icrasını təmin etmək və Venesuela neft məhsullarının nəzarətsiz daşınmasının qarşısını almaq məqsədilə atdığını bəyan edib.