ABŞ İranda etirazçıları belə dəstəklədi – GİZLİ TƏDARÜK

ABŞ İranda etirazçıları belə dəstəklədi – GİZLİ TƏDARÜK Dünya

ABŞ etirazçılara İrana gizli şəkildə təxminən 6 min “Starlink” terminalı göndərib.

News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilir ki, Ağ Ev İran daxilində sərt etirazların yatırılmasından və internetin kəsilməsindən sonra aktivistlərin şəbəkəyə çıxışını təmin etmək qərarına gəlib.

Son aylarda ABŞ Dövlət Departamenti təxminən bir neçə min terminal alıb, əksəriyyəti yanvarda alınıb. Cihazlar gizli şəkildə İrana çatdırılıb. Bu, “Starlink”in İrana ilk dəfə birbaşa göndərilməsidir.

Nəşrin mənbələri bildirir ki, Donald Tramp bu tədarüklərdən xəbərdar olub, lakin planı şəxsən təsdiqləyib-təsdiqləmədiyi məlum deyil.

İranda “Starlink” terminalına sahib olmaq qanunsuz sayılır və bunun üçün illərlə həbs cəzası var. Buna baxmayaraq, bir çox iranlılar hələ də bu cihazlardan istifadə etməyə davam edirlər.