ABŞ-dən xəbərdarlıq: Meksika və Ekvador hava məkanında risk
Dünya
ABŞ Sakit Okean bölgəsində planlaşdırılan hərbi fəaliyyətlə bağlı bir sıra təhlükə bildirişləri yayıb.
News24.az xəbər verir ki, xəbərdarlıqlar Meksikanın qərb sahillərindən Ekvadora qədər uzanan geniş hava dəhlizini əhatə edir.
Rəsmi qurumlar bu ərazilərdə mülki uçuşlar üçün təhlükəsizlik risklərinin artdığını bildirərək pilotlara və aviaşirkətlərə alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib. Xəbərdarlıqda hava məkanının hərbi manevrlər və mümkün sınaqlar səbəbindən “təhlükəli” hesab edildiyi vurğulanır.
Qərar Mərkəzi və Cənubi Amerika arasında əsas hava marşrutlarına birbaşa təsir göstərib və Meksika ilə Ekvadorda narahatlığa səbəb olub. ABŞ tərəfi fəaliyyətlərin detalları barədə ətraflı məlumat açıqlamayıb.