"ABŞ Külüng dağına hücum edərsə, Ağ Evi külə döndərərik"
Dünya
"Amerikalılar axmaqlıq edib, məsələn, Külüng dağına hücum edə bilərlər. Lakin anlamalıdırlar ki, bu vəziyyətdə Ağ Ev bir anda külə çevrilər".
News24.az xəbər verir ki, bu sözləri İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Abbas Müqtədai deyib
"Ağ Ev dedikdə ABŞ-nin hakim dairələrini nəzərdə tuturam. Elə indi danışdığımız vaxt Ağ Evin daxilində Trampın istəmədiyi və baş verəcəyini təsəvvür etmədiyi bir hadisə baş verib. Bu hadisə İran müharibəsinin nəticəsidir" - deyə Abbas Müqtədai qeyd edib.