ABŞ məhkəməsi Tramp administrasiyasının qərarına məhdudiyyət qoydu

ABŞ məhkəməsi Tramp administrasiyasının qərarına məhdudiyyət qoydu Dünya

ABŞ-də federal hakim Ceyms Boasberq Donald Tramp administrasiyasının ötən il El Salvadordakı yüksək təhlükəsizlikli CECOT həbsxanasına göndərdiyi 130-dan çox venesuelalının ABŞ-yə qaytarıla biləcəyinə qərar verib.

News24.az xəbər verir ki, qərara əsasən, həmin şəxslər istəsələr, immiqrasiya proseslərini davam etdirmək üçün 2025-ci ilin mart ayından başlayaraq dörd ay müddətinə ABŞ-yə daxil ola bilərlər. ABŞ hökuməti onların aviabilet xərclərini ödəməli və lazımi səyahət sənədlərini təqdim etməlidir. Ölkəyə qayıdan şəxslər nəzarət altına alınacaqlar.

O, həmçinin onların “ABŞ-nin düşmən əcnəbiləri” kimi tanınmasına etiraz etmək hüququnun olduğunu vurğulayıb.

Qərar Trampın kütləvi deportasiya siyasətinə ciddi zərbə kimi qiymətləndirilir.