ABŞ İrana endirdiyi zərbələrin səbəbini açıqladı
Dünya
ABŞ hərbçilərinin İran ərazisinə endirdiyi zərbələr İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazında minalar yerləşdirməsinin qarşısını almaq məqsədi daşıyıb.
News24.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“ABŞ Silahlı Qüvvələri Hörmüz boğazına birbaşa təhlükə yaradan minaların yerləşdirilməsi ilə məşğul olan SEPAH qüvvələrinə qarşı məhdud və dəqiq hədəflənmiş əməliyyatlar həyata keçirib”, — deyə qurumun “X” sosial şəbəkəsindəki səhifəsində bildirilib.
Qeyd edək ki, daha əvvəl “Axios” portalı və İsrail televiziyasının 12-ci kanalı ABŞ qüvvələrinin İranın cənubundakı Larak adasında yerləşən iki raket qurğusuna zərbələr endirdiyi barədə məlumat yayıb.
Məlumata görə, İran tərəfi həmin qurğulardan dəniz minaları ilə təchiz edilmiş raketləri Hörmüz boğazına buraxmaq üçün istifadə etmək niyyətində olub.