ABŞ təcili məlumat yaydı: İraqı tərk edin
Dünya
“İrana bağlı İraq qruplaşmaları növbəti 24–48 saat ərzində Bağdadın mərkəzində hücumlar həyata keçirə bilər”.
News24.az xəbər verir ki, bu barədə İraqdakı ABŞ səfirliyinin bəyanatında qeyd edilib.
“İran və İranla əlaqəli qruplaşmalar bütün İraq ərazisində, o cümlədən İraq Kürdüstanı daxil olmaqla, ABŞ və ABŞ ilə əlaqəli obyektlərə genişmiqyaslı hücumlar həyata keçirib.
Onlar ABŞ vətəndaşlarını, təşkilatları, universitetləri, diplomatik nümayəndəlikləri, enerji infrastrukturunu, hotelləri, hava limanlarını və ABŞ ilə əlaqəli hesab edilən digər yerləri, eləcə də İraq qurumlarını və mülki obyektləri hədəf ala bilər. ABŞ vətəndaşlarına İraqı dərhal tərk etmək tövsiyə olunur”, — deyə səfirlikdən bildirilib.