Küveyt səhvən Amerika qırıcı təyyarələrini vurdu - Anbaan video - Yeniləndi
Dünya
Küveytdə ABŞ-yə məxsus bir neçə qırıcı təyyarə qəzaya uğrayıb.
News24.az xəbər verir ki, bu barədə Küveytin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Səud Əl-Atvan məlumat verib.
“Bir neçə Amerika qırıcı təyyarəsi qəzaya uğrayıb, lakin onların heyət üzvləri sağ qalıb”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, hadisənin səbəblərini müəyyən etmək üçün aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. / Kuna
Küveyt İranın hücumu zamanı səhvən üç Amerika qırıcı təyyarəsini vurub.
News24.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəsmi saytında yayımlanan bəyanatda bildirilib.
Məlumata görə, İranın aviasiya, ballistik raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumları əhatə edən aktiv döyüş əməliyyatları zamanı Küveytin hava hücumundan müdafiə (HHM) sistemi səhvən üç ədəd “F-15E Strike Eagle” qırıcısını vurub.
ABŞ hərbçilərinin açıqlamasına əsasən, ekipajın altı üzvü katapult edərək uğurla təxliyə olunub və onların vəziyyəti stabildir.
Qurum əlavə edib ki, Küveyt səhvini etiraf edib və İrana qarşı hərbi əməliyyatda göstərilən səylərə və dəstəyə görə ABŞ-yə təşəkkürünü bildirib.