ABŞ və İran razılığa gəldi
Dünya
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ – İran danışıqlarının yaxın günlərdə İslamabadda keçirilə biləcəyi barədə razılığa gəliblər.//Globalinfo.az
News24.az xəbər verir ki, o, bu barədə TASS- a verdiyi açıqlamada danışıb.
“Pakistan iki tərəf arasında mənalı danışıqlara ev sahibliyi etməkdən və qarşıdakı günlərdə mövcud münaqişənin hərtərəfli və davamlı həllinə kömək etməkdən şərəf duyacaq”, – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl “The New York Times” qəzeti ABŞ-ın İrana münaqişənin həlli üçün 15 maddəlik plan təqdim etdiyini bildirmişdi.
İsrailin N12 televiziya kanalının məlumatına görə, sənəddə Vaşinqtonun nüvə proqramını ləğv etməsi, uran zənginləşdirməsindən imtina etməsi və ehtiyatlarını MAQATE-nin nəzarəti altına verməsi tələb olunur/Globalinfo.az