Dubay Əmirinin qardaşı dəfn edildi - VİDEO
Dünya
Dubay Əmiri, Birləşmiş Ərəb Əmirliklərinin Baş naziri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun kiçik qardaşı, Şeyx Əhməd bin Rəşid Al Məktum 76 yaşında vəfat edib.
News24.az xəbər verir ki, bununla əlaqədar Dubayda 10 günlük matəm elan olunub.
Matəm sentyabrın 21-dən oktyabrın 1-dək davam edəcək.
Bu müddətdə dövlət bayraqları yarıya endiriləcək.
Şeyx Əhməd bin Rəşid Al Məktum Dubay polis və ictimai təhlükəsizlik idarəsi rəhbərinin müavini vəzifəsində çalışıb.
O, həmçinin biznes və idman sahələrində fəaliyyət göstərib.
Mərhum “Al Vasl” futbol klubunun rəhbəri olubhəmçinin Dubayda dəniz idmanının inkişafında iştirak edib.
BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan ailəyə başsağlığı verib. Şeyx Əhməd bin Rəşid əl-Məktum Dubayda Umm Hurair qəbiristanlığında dəfn edilib.