ABŞ Venesuelanın 600 min “Bitcoin”ini müsadirə etmək istəyir

ABŞ Venesuelanın 600 min “Bitcoin”ini müsadirə etmək istəyir Dünya

ABŞ-nin Nikolas Maduro həbs edildikdən sonra Venesuelaya məxsus kriptovalyuta ehtiyatlarını müsadirə etməyi planlaşdırdığı iddia olunur.

News24.az xəbər verir ki, söhbət sanksiyalardan yan keçməklə neft, qızıl və USDT satışından əldə edildiyi bildirilən, təxminən 60 milyard dollar dəyərində və 600 minə yaxın bitkoinin saxlandığı gizli ehtiyatdan gedir.

Məlumata görə, bu aktivlər dondurularsa, bir neçə il ərzində dövriyyədə olan bitkoin təklifinin təxminən 3 faizi bazardan çıxarılmış olacaq.

Bu isə bitkoinin qiymətinin kəskin artmasına səbəb ola bilər. (CNBC)