ABŞ vizası üçün yüksək məbləğdə depozit tələb ediləcək

ABŞ vizası üçün yüksək məbləğdə depozit tələb ediləcək Dünya

ABŞ prezidenti Donald Trampın administrasiyası B1/B2 kateqoriyalı vizalar (turizm və işgüzar səfərlər) üçün bəzi ölkə vətəndaşlarının müraciət zamanı 5 000–15 000 dollar arası depozit ödəməsini tələb edən proqramı genişləndirib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu tələb viza təsdiqini təmin etmir.

Viza almaq istəyənlərin depoziti isə 2 halda geri qaytarıla bilər. Bunlardan biri müraciətin rədd olunması, digəri isə viza alan şəxsin şərtlərə riayət edib ABŞ-ni vaxtında tərk etməsidir.

Yeni qaydalar bu il yanvarın 21-dən qüvvəyə minəcək.

Bu addım viza müddətini aşma hallarını azaltmaq və giriş nəzarətini gücləndirmək məqsədi daşıyır.

Depozit tələb olunan ölkələrin siyahısı demək olar ki, üç dəfə genişləndirib. İndi bu siyahı 38 ölkəni əhatə edir. Bunların əksəriyyəti Afrika ölkələridir, həmçinin Latın Amerikası və Asiyadan da bir neçə ölkə var.

Depozit ödəmək yalnız bir tələbdir. Bütün viza müraciətçiləri üçün həm də şəxsi müsahibə və sosial şəbəkə platformalarının geniş təhlili tələb olunur.

Depozit ödəməsi tələb olunan ölkələrin siyahısı:

• Əlcəzair

• Angola

• Antiqva və Barbuda

• Banqladeş

• Benin

• Burundi

• Kabo-Verde

• Kuba

• Cibuti

• Dominika

• Fici

• Qabon

• Kot d’İvuar

• Qırğızıstan

• Nepal

• Nigeriya

• Senegal

• Tacikistan

• Toqo

• Tonga

• Tuvalu

• Uqanda

• Vanuatu

• Venesuela

• Zimbabve

• Butan

• Botsvana

• Mərkəzi Afrika Respublikası

• Qambiya

• Qvineya

• Qvineya-Bisau

• Malavi

• Mavritaniya

• Namibiya

• San-Tome və Prinsipi

• Tanzaniya

• Türkmənistan

• Zambiya