Zelenski ilə bağlı gözlənilməz iddia
Dünya
ABŞ-ın Ukrayna Prezidenti Vladimir Zelenskiyə qarşı planları ilə bağlı iddialar ortaya çıxıb.
News24.az xəbər verir ki, bu barədə norveçli jurnalist Poul Steyqan öz saytında dərc etdiyi məqalədə bildirib.
Jurnalistin iddiasına görə, ABŞ administrasiyası Vaşinqtonun mövqeyi ilə razılaşmayan Zelenskidən imtina etmək və yerinə Prezident Donald Trampın siyasətinə uyğun bir lider gətirmək niyyətindədir.
Steyqan yazır ki, Ukraynanın yüksək siyasi dairələrinə qədər çatan korrupsiya qalmaqallarında Federal Təhqiqatlar Bürosunun (FTB) izi görünür. Bu fonda Kiyevdə daxili siyasi mübarizənin gücləndiyi, bəzi siyasətçilərin isə hakimiyyət uğrunda hazırlıq apardığı qeyd edilir.
“Bütün bu korrupsiya halları artıq prosesin başladğını bildirir. Bunların olması heç də təsadüfi deyil”, – deyə o yazıb.