ABŞ İran vətəndaşlarını deportasiya etdi

ABŞ İran vətəndaşlarını deportasiya etdi Dünya

ABŞ sentyabrda İranla razılaşmaya əsasən 50-yə yaxın İran vətəndaşını deportasiya edib.

News24.az xəbər verir ki, onlar ABŞ-yə cənub sərhədindən daxil olub və sığınacaq müraciətləri rədd edilib.

Təyyarə Misir və Küveytdə dayanacaq, daha sonra iranlılar Tehrana göndəriləcək.

Razılaşma çərçivəsində ABŞ-də deportasiya riski ilə üzləşən təxminən 2 min iranlının ölkələrinə qaytarılması planlaşdırılır.