ABŞ bu tarixdə ukraynalı pilotlara - F-16 qırıcıları ilə bağlı təlim keçəcək

ABŞ bu tarixdə ukraynalı pilotlara - F-16 qırıcıları ilə bağlı təlim keçəcək Dünya

ABŞ ukraynalı pilotlara Arizonadakı hava bazasında F-16 təyyarələrinin istifadəsi üzrə təlimlərə başlayacaq.

News24.az TASS-a istinadən xəbər verir ki, bunu Pentaqonun sözçüsü general Patrik Rayder brifinq zamanı bildirib.

"Birləşmiş Ştatlar yaxın vaxtlarda ukraynalılara F-16 qırıcı təyyarələrinin uçması və onlara texniki qulluq göstərmələri üçün təlimlərə başlayacaq" deyən Ryder, pilotların sentyabr ayında ingilis dili təhsili almasından sonra təlimin başlayacağını bildirib.
Günəş Mərd