Macarıstanın Baş nazirinin maaşı azaldıldı
Dünya
Macarıstan parlamenti Baş nazirin maaşının azaldılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
News24.az xəbər verir ki, bundan sonra hökumət başçısının aylıq maaşı 3,8 milyon forint, yəni təxminən 10,5 min avro təşkil edəcək.
Hazırkı Baş nazir Peter Madyar eyni zamanda deputat olduğu üçün yeni qaydaya əsasən bu məbləği alacaq. Macarıstan mediasının yazdığına görə, onun sələfi Viktor Orbanın maaşı bundan təxminən iki dəfə çox olub.
Yeni qanun parlament deputatlarının maaşlarının və onların fəaliyyəti ilə bağlı xərclərin azaldılmasından sonra qəbul edilib. Hökumət bu tədbirlərin büdcəyə təxminən 140 milyon avro qənaət gətirəcəyini bildirib.