ABŞ-dan F-16-larla bağlı Türkiyəyə yeni təklif
Dünya
ABŞ Türkiyəyə F-16 qırıcıları ilə bağlı yeni təkliflər göndərib.
News24.az xəbər verir ki, bu barədə “TRT HABER” məlumat yayıb.
Məlumata görə, ABŞ-ın 40 ədəd yeni “F-16 Blok-70”-lərin tədarükü və mövcud 79 ədəd F-16-nın modernləşdirilməsi üçün göndərdiyi “Təklif və Qəbul Məktublarının Layihəsi”nin nazirliyə və müvafiq bölmələrə çatdığı açıqlanıb.
Qeyd edək ki, təkliflər nəzərdən keçirilərək qiymətləndirilir.
Mehriban Mirzəzadə