ABŞ əsgəri Qəzzadakı səfirliyin qarşısında özünü yandırdı - ANBAAN VİDEO

ABŞ əsgəri Qəzzadakı səfirliyin qarşısında özünü yandırdı - ANBAAN VİDEO Dünya

İsrailin Vaşinqtondakı səfirliyi qarşısında özünü yandıran şəxsin ABŞ Hərbi Hava Qüvvələrinin əsgəri olduğu və Qəzzada törədilən soyqırıma etiraz etdiyi üzə çıxıb.

News24.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrində həqiqi hərbi xidmətdə olan 25 yaşlı Aaron Buşnellin etirazı və özünü yandırarkən çəkilən görüntüləri sosial mediada yayılıb.

Videoda kamuflyaj geyinmiş Buşnell özünü ABŞ Hərbi Hava Qüvvələrinin fəal əsgəri kimi təqdim edir və “Mən daha soyqırımda iştirak etməyəcəyəm” deyib,başına benzin tökür və nəfəsi kəsilənə qədər "Fələstinə azadlıq" qışqıraraq özünü yandırır.

Həmin videogörüntünü təqdim edirik:

Mehriban Mirzəzadə



ABŞ əsgəri Qəzzadakı səfirliyin qarşısında özünü yandırdı - ANBAAN VİDEO