ABŞ-nin Çinə qarşı planı: - "NATO ilə yaxın zamanda müharibəni.."
Dünya
“ABŞ Çinə qarşı iqtisadi blokadaya başlamaq niyyətindədir”.
News4.az xəbər verir ki, bu fikri iqtisadçı ekspert Mixail Xazin bildirib.
Onun sözlərinə görə, amerikalıların əsas məqsədi Göy İmperiyasını tamamilə təcrid etmək olacaq. Bununla da ölkə ticarəti normal apara bilməsin: “Bunun üçün ABŞ hər cür yolla Çinin dünya okeanlarına çıxmasının qarşısını alacaq, eləcə də qurudan ticarət yollarını məhdudlaşdıracaq.Belə sərt siyasət müəyyən anda Çini cavab tədbirləri görməyə təhrik edə bilər ki, bu da hipotetik olaraq dövlətin bütün perimetri boyunca aşağı intensivlikli açıq münaqişələrə çevrilə bilər. Onlar sadəcə yavaş-yavaş yanacaqlar”.
Ekspertin fikrincə, zamanla Çin və NATO arasında müharibə olacaq.
“İki güc qütbü arasında tammiqyaslı hərbi münaqişə ABŞ-ın Cənubi Çin dənizindəki süni Çin adalarına hücumu ilə başlaya bilər”, - deyə o, fikrini yekunlaşdırıb.
Ayşən