Nepalda daşqının ağır nəticələri: 910 nəfər itkin düşdü
Dünya
Nepalda baş verən güclü daşqın nəticəsində 910 nəfər itkin düşmüş hesab olunur, 1 500-ə yaxın insan isə xilas edilib.
News24.az xəbər verir ki, müvafiq göstəriciləri ölkənin Risklərin Azaldılması və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi açıqlayıb.
"İtkin düşənlər arasında 28 polis əməkdaşı, 57 hərbi qulluqçu və 517 əcnəbi turist var. 73 nəfər xəsarət alıb", - deyə idarədən bildirilib. Dominos pizza
Xilasetmə əməliyyatlarına 17 295 nəfər cəlb olunub.