ABŞ İsrailə hərbi yardımı azaltdı
Dünya
ABŞ İsrailə hərbi yardım tempini azaldıb.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə İsrailin yüksək rütbəli rəsmisi ABC televiziyasına bildirib.
Rəsminin sözlərinə görə, İsrail və HƏMAS arasında münaqişənin başlanğıcında ABŞ-ın hərbi yardımı daha intensiv idi, lakin zaman keçdikcə çatdırılmalar azalıb.
Gecikmələrin səbəbləri açıqlamayıb, lakin qeyd edilib ki, İsrail ABŞ-ın münaqişədən məyus olmasından və yəhudi dövləti tərəfindən Qəzza zolağına humanitar yardım çatdırmaq üçün kifayət qədər addım atılmamasından xəbərdardır.
İsrail ordusu şərh verməkdən imtina edib