ABŞ Maduronun təyyarəsinə - ƏL QOYDU

ABŞ Maduronun təyyarəsinə - ƏL QOYDU Dünya

ABŞ Ədliyyə Nazirliyi Maduronun adətən xarici səfərləri üçün istifadə etdiyi “prezident” təyyarəsinin ələ keçirildiyini bildirib.

News24.az xəbər verir ki, təyyarənin ön şirkət vasitəsilə alınaraq ABŞ-dan çıxarıldığı və sanksiyaların pozulduğu iddia edilib.

Təyyarə ABŞ-a göndərilərkən, Venesuela bu hərəkəti "piratlıq" adlandırıb.

Xatırladaq ki, Venesuelada iyulun 29-da açıqlanan nəticələrə görə, Maduro 51,20 faiz səslə prezident seçkilərində qalib gəlib.

Vaşinqton administrasiyası seçkinin nəticələrini rədd edən müxalifəti dəstəkləyib.

Məryəm İlhamqızı