ABŞ Rusiya ilə bağlı Qərbin planını - AÇIQLADI
Dünya
Qərb dövlətləri Rusiyanın zəngin təbii sərvətlərinə sahib çıxmaq üçün ona nəzarət etmək istəyirlər.
News24.az xəbər verir ki, bunu MKİ-nin keçmiş agenti Larri Conson jurnalist Stiven Qardnerə müsahibəsində deyib.
Consonun sözlərinə görə, Rusiya zəngin uran, qızıl, neft və təbii qaz ehtiyatlarına malikdir. Qərbin bu resurslara ehtiyacı var.
Bununla belə, keçmiş MKİ agentinin sözlərinə görə, "Qərb ölkələri hazırkı münaqişədə uduzduqlarını dərk ediblər. Ona görə də onlar Ukraynaya Rusiya ərazisini vurmağa imkan verir və bununla da payı ikiqat artırırlar", - Conson vurğulayıb.
“Bu müharibə 2022-ci ildə deyil, 2014-cü ildə başlayıb. Bu, Rusiyanı zəiflətmək və məhv etmək üçün diqqətlə hazırlanmış plan idi”, - ekspert bildirib.
Məryəm İlhamqızı