"ABŞ Türkiyəyə qarşı - müharibə aparır"
Dünya
“ABŞ elan etməsə də Türkiyəyə qarşı müharibə aparır”.
News24.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzetinin yazarı Tamer Qorxmaz deyib.
“Onlar Türkiyənin deyil, PKK-nın müttəfiqi olduqlarını göstərirlər”.
Jurnalistin sözlərinə görə, ABŞ xüsusi təyinatlılarının komandanı Ceff Dennis bu yaxınlarda “Suriyanın şimalında təlim keçdiyi” kürd döyüşçülərin “məzuniyyət” mərasimində iştirak edib.
“Türkiyə əslində onun strateji rəqibi olan ABŞ-la “gizli”, elan olunmamış müharibə vəziyyətindədir. Bu şəraitdə ABŞ ilə yeni dövr ola bilməz.
Ötən həftə “Anadolu” mənbələrinə istinadən xəbər verir ki, ABŞ hərbçiləri Suriyanın şimal-şərqindəki Həsəkə vilayətində PKK döyüşçüləri ilə zenit qurğuları və müxtəlif ağır silahlardan istifadə etməklə hərbi təlimlər keçirib.
Ayşən