ABŞ xristianları 33 milyon dollar aldadan dələduzu - axtarır

ABŞ xristianları 33 milyon dollar aldadan dələduzu - axtarır Dünya
ABŞ-ın Corciya ştatında bir şəxs ölkədəki xristian xeyriyyə təşkilatlarından Çində İncilləri paylayacağını bildirərək 33 milyon dollar ianə toplayaraq qaçıb.

News24.az "Habertürk"-ə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin açıqladığı ittiham aktına görə, Corciya əsilli Ceyson Cerald Şenk 10 ilə yaxındır ölkədəki xeyriyyə təşkilatlarından və fərdlərdən 33 milyon dollardan çox ianə toplayıb və Çində İncilləri yaymaq və xristian kitablarını çap etdirmək vəd edib.

45 yaşlı Şenk pulu şəxsi xərclər üçün istifadə edərək, Çinin müxtəlif əyalətlərinə nə qədər İncilin paylanıldığına dair saxta statistik məlumatları özündə əks etdirən saxta elektron qaimə-fakturaları aldadılmış xeyriyyə təşkilatlarına göndərirdi.

Şenk ailə təsərrüfatına 7 milyon, 16 həyat sığortasına 4 milyon, onlayn idman qumar saytına 1 milyon, zinət əşyalarına 1 milyon, ABŞ şirkətinin səhmlərinə 850 min, kredit kartı ödənişlərinə 820 min və daşınmaz əmlaka 320 min xərcləyib.

Aydan