"Apple" yeni "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərini təqdim etdi
Dünya
"Apple" yeni "iPhone 18 Pro" və "iPhone 18 Pro Max" modellərini təqdim edib.
News24.az xəbər verir ki, yeni smartfonların dizaynında böyük dəyişiklik yoxdur. "iPhone 18 Pro" 6,3, "Pro Max" isə 6,9 ölçülü ekranla təchiz olunub. Modellər qara, gümüşü, buzlaq və bordo rənglərində satışa çıxarılacaq.
Smartfonlarda yeni "A20 Pro" çipi və silisium-karbon batareya istifadə olunur. "Apple" bildirir ki, "iPhone 18 Pro" 24 saata, "Pro Max" isə 30 saata qədər işləyə bilər.
ABŞ-də "iPhone 18 Pro"nun qiyməti 1199 dollardan, "Pro Max"ın qiyməti isə 1299 dollardan başlayacaq.
Telefonlar sentyabrın 18-dən satışa çıxarılacaq.