Acun işçilərini ailələri ilə birlikdə istirahətə apardı - FOTO

Acun işçilərini ailələri ilə birlikdə istirahətə apardı - FOTO Dünya

İş adamı və prodüser Acun Ilıcalı "Acunmedya" və "TV8" kanalının bütün əməkdaşlarını ailələri ilə birlikdə istirahətə aparıb.

News24.az "Hürriyet"-ə istinadən xəbər verir ki, əməkdaşlar turistlərin ən çox üz tutduğu kurort bölgələri Alaçatı və Çeşmedə dincəliblər.

İstirahət zamanı işin stress və gərginliyini üzərindən atan işçilər daha sonra İstanbula qayıdaraq yeni mövsümün hazırlığına başlayıblar.

Ilıcalı işçilərini gələn il də istirahətə aparacağına söz verib.

Qumral


Acun işçilərini ailələri ilə birlikdə istirahətə apardı - FOTO